"Kopenhagen"in kapitanı: "Qarabağ" evində böyük təcrübəyə malikdir"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Kopenhagen" səfərdə təmsilçimiz “Qarabağ”a 0:1 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, oyundan sonra komandanın kapitanı Uillyam Kvist açıqlama verib:

"Şanslarımız 50-50-dir. Bizi bu hesab qane etmir. Bakıda qol vurmaq istəyirdik. "Qarabağ"ın çox qol şansı olmadı, ancaq bizi məyus etdilər. Biz isə ələ düşən çoxsaylı imkanları boşa verdik. Bu da bizi narahat etməyə bilməz".

32 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın doğma meydanda təcrübəli komanda olduğunu vurğulayıb:

"Bu çətin səfər oyunu idi. "Qarabağ" evində böyük təcrübəyə malikdir və xüsusən, rəqibin əks-hücumlarından ehtiyatlanmalı idik. Əvvəlcədən dediyimiz baş verdi. Oyunun nəticəsi də bunu göstərir. Matçın sonlarında istədiyimiz kimi təzyiq edə bilmədik. Bunun isti hava şəraiti üzündən olduğunu deyə bilmərəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right