Mahir Mədətov: "Qol vuracağımı gözləmirdim"

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen" klubuna 1:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az-ın məlumatına görə, matçda yeganə qolu vuran və qarşılaşmanın ən yaxşısı seçilən (Man of the match) Mahir Mədətov əməkdaşımızın da suallarını cavablandırıb.
 
- Qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Belə bir turnirdə ilk dəfə idi ki, rəqib toru silkələdim. Hələ işimiz bitməyib. Komandamızın məqsədi var. Cavab oyunu da var, boşalmaq olmaz. Həmin hədəfə doğru addımlayırıq.
 
- Qol vuranda sevinmək üçün tərəddüd etdin. Düşünürdün ki, oyundankənar vəziyyət var?
- Bəli, belə oldu. Sonra hakimə baxdım və gördüm ki, əli yuxarı deyil, mərkəzə doğrudu. Mən də qol sevincimi qeyd etdim.
 
- Cavab matçı barədə nə düşünürsən?
- Çətin olacaq. Bu matçda da çətin oldu. Əsas üstünlükləri azarkeşləri olacaq. Ancaq bizdə bütünü gücümüzü ortaya qoyacağıq. İnşallah tarix yazmalıyıq, əlimizdən gələni edəcəyik.
 
- İkinci hissədə daha çox qol şansı oldu, amma yararlana bilmədiniz...
- Ən azı 2 top ilə qalib gəlsəydik, yaxşı olardı. 1 qolla qalib gəlmək sürüşkəndi. Bu səbəbdən boşalmaq olmaz. Rəqibin adı və oyunu bizə yaxşı məlumdu.
 
- “Kopenhagen”ə yaxşı bələd oldunuz. “Qarabağ” səfərdə bu komanda ilə oynaya biləcəkmi?
- İnşallah baxarıq. Bu gün yaxşı əziyyət çəkdik. Əlimizdən gələni edəcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right