“Qarabağ” “Kopenhagen”ə qalib gəldi Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. 

Newsport.az-ın məlumatına görə Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkəcək. 

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 

 

15 avqust


UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20:00. “Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) 1-0

Qol: Mahir Mədətov, 25.

Baş hakim: Paolo Talyavento

Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso 
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right