Axşambazarı: “Qara bazar”da qiymətlər od tutub yanır FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində sabah baş tutacaq “Qarabağ” – “Kopenhagen” matçına bilet satış davam edir. Biletlər satışa çıxarıldıqdan sonra demək olar ki, çox hissəsi satılıb.

Newsport.az saytının məlumatına görə, “Qarabağ” klubu çox səy göstərsə də, biletlərin “qara bazar”ın əlinə keçməsinə tam mane ola bilməyib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumta görə, hazırda Tofiq Bəhramov adına Respublika stadionun önündə açıq alışveriş davam edir. Belə ki, “qara bazar” iştirakçıları biletləri qiymətindən ikiqat artığına satırlar.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right