"Əvvəlki formama qayıtmaq istəyirəm" - Riçard Almeyda

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i qəbul edəcək “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda oyunöncəsi mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu öncə oyunla bağlı fikirlərini bildirib:

- Bizi asan oyun gözləmədiyini bilirik. Rəqib 4-4-2 sxemi ilə oynayır. Səbrli olmalıyıq. Öz gücümüzə inanmalıyıq, əsas budu.

- Əksəriyyət əvvəlki kimi oynamadığınızı düşünür. Bunu yaş amili və ya Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirənlər var. Bu fikirlə razılaşırsızmı?
- Mən də razıyam ki, əvvəlki formamdan uzağam. Nəzərə alın ki, qasıq nahiyəmdən zədələnmişdim. Üzərimdə çox çalışıram. Əvvəlki formama qayıtmaq istəyirəm. Dediyiniz amillərin bununla heç bir əlaqəsi yoxdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right