“Qarabağ”ın liderləri “Kopenhagen”ə qarşı oynayacaqlarmı?

Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi”yə qarşı keçirilən oyunda “Qarabağ” 3 aparıcı oyunçusunun xidmətindən məhrum idi. Bunlar mikro zədələrdən əziyyət çəkən Miçel, Almeyda və Rəşad Sadıqov idi. 

Newsport.az saytının məlumatına görə, hazırda hər 3 futbolçunun durumu yaxşıdır və onlar sabah “Kopenhagen”ə qarşı keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda meydançaya çıxa biləcəklər.

Qeyd edək ki, "Qarbağ" - "Kopenhagen" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right