"Qarabağ"la oyunlarımız əla şou olacaq" - "Kopenhagen" rəsmisi

"Fikrimcə, "Qarabağ"la oyunlarımız əla şou olacaq. Bunu həm rəqibin, həm də bizim ifamızda görəcəksiniz".

Newsport.az-ın məlumatına görə, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun idman direktoru Yohan Lange deyib. 

Sabah Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək paytaxt klubunun rəsmisi bir neçə gün öncə Bakıda olub. Cümə günü paytaxtımıza gələn klub rəsmisi Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının ilk turunda “Neftçi"yə "Bakcell Arena"da 3:1 hesaı ilə qalib gəldiyi matçı izləyib.

O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ" haqda bunları deyib: "Rəqib çox istedadlı komandadı. Topu özündə çox saxlamağı sevir. Buna imkan verməməliyik. Əgər "Qarabağ"a şans versək, bizi cəzalandıracaqlar. Meydanda hər şeyi düzgün etməliyik".

Qeyd edək ki, “Qarabağ” – “Kopenahagen” görüşü sabah saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right