“Qarabağ” – “Kopenhagen” matçına neçə bilet satılıb?

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçına bilet satışı davam edir.

Newsport.az-ın məlumatına görə, artıq biletlər tükənmək üzrədi.

Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə bu dəqiqələrə kimi təxminən 25-27 min bilet satılıb. Biletlərin “qara bazar”ın əlinə keçməməsi üçün bir qismi bu gün, qalanı isə sabah satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən matç sabah saat 20:00-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right