Bilet satışı: İzdiham davam edir! FOTOLAR

Məlum olduğu kimi, son ölkə çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-i Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, artıq dünən, bilet satışlarının başladığı ilk gündə 15.000 min bilet satılıb.

Bu gün səhər saatlarından da Tofiq Bəhramov adına Respublika Stadionun kassalarında izdiham davam edir. Havanın isti və günəşli olmasına baxmayaraq, yüzlərlə "Qarabağ" azarkeşi komandalarına dəstək olmaq üçün, səhər saatlarından kassaların önündə növbə tutub.

saat 10:00-da açılan kassalarda, bir nəfərə maksimum 3 bilet satılır. Belə görünür ki, bu dəfə də "Qarabağ" azarkeşləri stadionu tam dolduracaqlar. Bu azarkeşlər qələbəyə layiqdir!

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right