"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasında “səpələnməmişlər” arasında yer alacaq. 

Newsport.az -ın məlumatına görə, Ağdam klubu qrup məerhələsinə gedən yolda son maneəni keçmək üçün reytinqdə özündən üstün olan komandanı üstələməlidir. Belə ki, çempionumuz pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq. 

Pley-off-un püşkü avqustun 4-ü, Bakı vaxtı ilə saat 14:00-da atılacaq.

Çempionlar Liqası, pley-off mərhələsi

 
Çempionlar yolu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan)

“Seltik” (Şotlandiya)

“Kopenhagen” (Danimarka)

APOEL (Kipr)

“Maribor” (Slovaniya)

Səpələnməmişlər

“Qarabağ” (Azərbaycan)

“Astana” (Qazaxıstan)

“Riyeka” (Xorvatiya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Slaviya” (Çexiya)
 
Liqa yolu

Səpələnmişlər

“Sevilya” (İspaniya)

“Napoli” (İtaliya)

“Liverpul” (İngiltərə)

MOİK (Rusiya)

“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər

“Styaua” (Rumıniya)

“Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya)

“Başakşəhər” (Türkiyə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right