Çempionlar Liqasında III təsnifat mərhələsi başa çatdı

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib. 

Newsport.az -ın məlumatına görə, ikincü oyun günündə 14 qarşılaşma baş tutub. Türkiyə təmsilçisi “Başakşəhər” öz meydanında “Brügge” ilə qarşılaşıb. Səfərdə məhsuldar heç-heçə edən türkiyəlilər evdə mərhələ adlamağa yaxın idilər. Gözlənildiyi kimi, İstanbulda inamlı qələbəyə sevinən bu komanda pley-offa yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə yalnız bir görüş baş tutmuşdu. Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldova "Şerif"inə 2:1 hesabıyla qalib gəlib, pley-offa yüksəlmişdi.

Bütövlükdə, 3-cü təsnifat mərhələsində aşağıdakı nəticələr qeydə alınıb:

3 avqust 


Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

Çempionlar yolu

BATE (Belarus) - “Slaviya” (Praqa, Çexiya) 2:1
Qollar:
 Siqneviç, 5 (1:0), Şkoda, 44 (1:1), Staseviç, 46 (2:1)
İlk oyun - 0:1

APOEL (Kipr) - “Vitorul” (Rumıniya) 4:0 (Əlavə vaxtda)
Qollar:
 Karlao, 54, Merkis, 93, de Kamarqo, 94, Efrem, 105+1 
İlk oyun - 0:1

“Kopenhagen” (Danimarka) -  “Vardar” (Makedoniya) 4:1
Qollar:
 Qrequs, 2 (1:0), Nikolov, 19 (1:1), Barseqyan, 26-avt (2:1), Santander, 75 (3:1), Sotiriou, 88-pen (4:1)
İlk oyun - 0:1

“Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Beer Şeva, İsrail) 3:1
Qollar
: Vanderson, 9 (1:0); 33 (2:0), Marselinyo, 56 (3:0), Ghadir, 61 (3:1)
İlk oyun - 0:2

“Hafnarfyordur” (İslandiya) - “Maribor” (Sloveniya) 0:1
Qol
: Tavares, 90+2
İlk oyun - 0:1

“Olimpiakos” (Yunanıstan) - “Partizan” (Serbiya) 2:2
Qollar:
 Carcela-Qonzales, 22 (1:0), Soumah, 33 (1:1), Fortounis, 51 (2:1), Djurdjeviç, 85 (2:2)
İlk oyun - 3:1

“Legiya” (Polşa) - “Astana” (Qazaxıstan) 1:0
Qol:
 Czervinski, 76
İlk oyun - 1:3

“Riyeka” (Xorvatiya) - “Zalsburq” (Avstriya) 0:0
İlk oyun 
- 1:1

“Rusenborq” (Norveç) - “Seltik” (Şotlandiya) 0:1
Qol:
 Forrest, 69
İlk oyun - 0:0

Liqa yolu

MOİK (Moskva, Rusiya) - AEK (Yunanıstan) 1:0
Qol:
 Natxo, 74
İlk oyun - 2:0

“Başakşəhər” (Türkiyə) - “Brügge” (Belçika) 2:0
Qollar:
 Adebayor, 7, Viska, 34
İlk oyun - 3:3

“Viktoriya” (Çexiya) - “Styaua” (Rumıniya) 1:4
Qollar:
 Balas, 27 (0:1), Krmençik, 64 (1:1), Teyşeyra, 71 (1:2), Tanase, 76 (1:3), Alibec, 79-pen (1:4)
İlk oyun - 2:2

“Yanq Boys” (İsveçrə) - “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qollar: 
Hoarau, 13-pen, Lotomba, 89
İlk oyun - 1:3

“Ayaks” (Hollandiya) - “Nitsa” (Fransa) 2:2
Qollar: 
Souquet, 3 (0:1), de Beek, 26 (1:1), Sançez, 57 (2:1), Marsel, 79 (2:2)
İlk oyun - 1:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right