"Pley-off haqda heçnə düşünmürük" Qurban Qurbanov

baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsininin cavab oyunları çərçivəsində keçirilən “Şerif” – “Qarabağ” (1-2) matçından sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov newsport.az saytına müsahibə verib.

- Əvvəlcə qələbə münasibəti ilə sizi təbrik edirik. İlk təəssüratlarınız necədir?

 - Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Hər zaman bizim yanımızda olan, gün də bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm.

- Pley-offdan gözləntiniz nədir?

- Hələ ki, bu haqda heçnə düşünmürük. Bu, Çempionlar Liqasıdır və burada çempionlar oynayır. Rəqib zəif olmayacaq.

- Maksim Medvedyev məcburi əvəzlənməli oldu. Zədəsi nə dərəcədə ciddidir?

- Bəli, Maksim oyunu davam etdirə bilmədi. Bu gün həkim muayinəsindən sonra zədəsinin nə dərəcədə ciddi olub-olmamasını biləcəyik. Məncə elə də ciddi bir şey olmamalıdır.

- Yakub Jezniçak barmağı və burnu sındı. Kubanın durumu necədi?

- İlk hissədə burnu, ikinci hissədə isə barmağı sındı. Amma bu zədələrin onun məşqə qatılmağına problem yaradacağını düşünmürəm.

- Komanda məşqləri nə vaxtdan bərpa edəcək?

- Bu gün komanda istiarahət edib, sabahdan məşqlərə davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right