"Qarabağ"ın rəqibi nə vaxt məlum olacaq?

Çempionlar Liqasının pley-off mərhələsinə adlayan “Qarabağ” növbəti rəqibi bu həftə müəyyənləşəcək.

Newsport.az-ın məlumatına görə, "play-off"un püşkatma mərasimi avqustun 4-də keçiriləcək. Təmsilçimizin potensial rəqibləri bəlli deyil. Həmçinin, Ağdam klubunun püşk zamanı səpələnmişlər, yaxud səpələnməmişlər arasında yer alacağı da məlum deyil.

Mərhələnin digər oyunları bu gün keçiriləcək.

Qeyd edək ki, "play-off"un ilk oyunları 15-16 avqustda, cavab görüşləri isə 22-23 avqustda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right