“Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şerif” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunun çətin keçəcəyini gözlədiklərini bildirib:

"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm.

Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right