"Qarabağ"ın tarixi qələbəsi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 
 
Newsport.az xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılıb. Ağdam klubu meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib və ÇL-nin "play-off" mərhələsinə yüksəlib. Təmsilçimiz minimum Avropa Liqasının qrup mərhələsini təmin edib.
 
Qeyd edək ki, “Qarabağ” mərhələ keçməklə Azərbaycan futbolunda yeni tarix yazıb. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməmişdi. Qurban Qurbanovun komandası isə son üç mövsümdə  “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişmişdi. 
 
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
 
“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: 
Badibanqa, 90 - Dino Ndlovu, 45, Miçel, 86

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right