Federasiya prezidenti: "Şerif" Barselona ilə deyil, "Qarabağ"la qarşılaşacaq"

Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçını dəyərləndirib.

Newsport.az-ın məlumatına görə, yerli mətbuata danışan qurumun prezidenti Tiraspol təmsilçisinin şanslarını yüksək dəyərləndirib:

"Şerif"in mərhələ adlamaq üçün kifayət qədər imkanı var. Ümid edirik ki, komandamız istədiklərimizi həyata keçirə biləcək. Çünki futbolçularımız nə "Real", nə "Barselona", nə "Atletiko", nə də "Bavariya" ilə qarşılaşacaqlar. Bu komanda "Qarabağ"la üz-üzə gələcək. Etiraf etmək lazımdır ki, "Qarabağ"ın heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər".

Qeyd edək ki,  "Şerif" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bu komandalar arasında Bakıda baş tutmuş ilk matçda qolsuz bərabərlik qeydə alınıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right