“Ndlovu və Gerryeyə qarşı diqqətli olmalıyıq” - “Şerif”in müdafiəçisi

“Şerif”in braziliyalı müdafiəçisi Viktor Oliveira klubun rəsmi saytına müsahibə verib.

Newsport.az həmin müsahibəni təqdim edir:

- “Qarabağ”la ilk oyun haqqında nə deyə bilərsiz?

- Bu mənim Çempionlar Liqasında ilk oyunum idi. Çox çətin qarşılaşma oldu. Amma bizim komanda öz xarakterini göstərdi. Fikrimcə, hədəfimizə nail olduq. “Qarabağ” kimi komanda ilə oyunda Bakıda qol buraxmadıq. 

- Rəqibin oyununu necə dəyərləndirirsiz və hansı keyfiyyətlərimizlə “Qarabağ”I keçə bilərik?

- “Qarabağ” uzun müddətdir ki, əsas özəyinin qoruyub saxlayan komandadır. Heyətdə çox təhlükəli və sürətli oyunçular var. Bəzən çox aqressiv futbol oynayırlar. Bizim də heyətimizdə keyfiyyətli futbolçular var. Biz əlimizdən gələni etməliyik ki, şansımızdan yararlanaq. 

- Bu matçın favoritİ kimdir?

- Düşünürəm ki, favorit olmayacaq. Hər iki komanda üçün çətin qarşılaşma olacaq. Bakıda “Qarabağ”ın çox güclü dəstəyi var idi. Dolu stadion komandanı qələbə səsləyirdi. Bizim də bu gün dəstəyə ehtiyacımız var. 

- Rəqibin heyətində hansı futbolçular qorxuludur?

- Ümumi olaraq komanda çox güclüdür. Amma Dino Ndlovu və Donal Gerryeni fərqləndirmək yerinə düşər, Onlara qarşı xüsusi diqqətli olmaq lazımdır. 

- Fanatlara bu vacib oyun öncəsi nə deyərdiz?

- Onlar mümkün olduğu qədər bizə dəstək verməlidir. Biz birlikdə güclüyük. Qələbəyə gedən yol belə başlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right