"Qarabağ" yeni tarix yazdı Yenilənib

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. 

 

Newsport.az xəbər verir ki, ilk oyun gününün yeganə qarşılaşmasında Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılıb. Ağdam klubu meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib və ÇL-nin "play-off" mərhələsinə yüksəlib. Təmsilçimiz minimum Avropa Liqasının qrup mərhələsini təmin edib.

 

Qeyd edək ki, “Qarabağ” mərhələ keçməklə Azərbaycan futbolunda yeni tarix yazıb. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməmişdi. Qurban Qurbanovun komandası isə son üç mövsümdə  “Zalsburq”, “Seltik” və “Viktoriya” səddində ilişmişdi. 
 
1 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

 

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) - 1:2

Qol: Badibanqa, 90 - Dino Ndlovu, 45, Miçel, 86
İlk oyun – 0:0
Baş hakim: 
Roy Reynşreyber
Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right