“Qarabağ” Tiraspolda

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında “Şerif”lə qarşılaşacaq “Qarabağ” bu gün çarter reysi ilə Tiraspola yola düşüb.

Newsport.az-ın məlumatına görə, komanda artıq Moldovaya çatıb. Bu gün istirahət edəcək Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq.

Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right