"Qarabağ"da Rəşad Sadıqov və Yakub Jezniçak sevinci

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Moldova "Şerif"inin qonağı olacaq "Qarabağ" komandası bu gün səfərə çıxır.
Newsport.az-ın məlumatına görə, kollektiv saat 18:00-da çarter reysli təyyarə ilə yola düşəcək. 
 
Komandada zədəli və cəzalı futbolçunun olmaması məşqçilər heyətini sevindirməyə bilməz. Kapitan Rəşad Sadıqov və "Şerif"lə ilk matçda zədələnərək, meydanı vaxtından əvvəl tərk edən Yakub Jezniçak artıq kollektiv məşqlərə qatılırlar. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, onlar Tiraspoldakı qarşılaşmada çıxış edə biləcəklər. 
 
Bu axşam istirahət edəcək "Qarabağ"ın yeganə məşqi iyulun 31-də Bakı vaxtı ilə saat 21:00-da "Şerif" stadionunda olacaq. Məşqdən yarım saat əvvəl Qurbanov mətbuat konfransı keçirəcək.
 
Qeyd edək ki, avqustun 1-də "Şerif" stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş qolsuz yekunlaşıb - 0:0.
 
Sportnet.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right