“Qarabağ”la oyun finala bərabərdir” “Şerif”in baş məşqçisi

“Bugün Bakıda meydana çıxan bəzi oyunçularımız da oynayırdı. Digər futbolçularımıza isə istirahət vermişdim. Çünki qarşıdakı bizi vacib görüş gözləyir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif”in baş məşqçisi Roberto Bordin deyib.

Tiraspol təmsilçisi dünən ölkə çempionatının 4-cü turunda “Petrokub”a qalib gələrək (2:1) liderliyə yüksəlib. Bu matçda "Şerif" əsasən ikinci heyətlə meydana çıxıb.

Oyundan sonra klubun saytına danışan italiyalı mütəxəssis bildirib ki, “Qarabağ”la qarşıdakı cavab matçı onlar üçün finala bərabərdir: “Bu, həm bizim, həm də rəqib üçün əhəmiyyətli oyundur. Kim udsa irəli gedəcək, uduzsa, turnirdən kənarlaşacaq. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var.  Diqqətli olmaq lazımdır. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var”.

Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" - "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right