"Qarabağ"ın ÇL-də məğlubiyyətsiz seriyası

Dünən UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçları keçirildi.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” evdə Moldova “Şerif”inin müqavimətini qıra bilmədi – 0:0. Bununla da ağdamlılar sözügedən turnirdə ardıcıl 8-ci matçında da meydanı məğlubiyyətsiz tərk etdi. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə adıçəkilən yarışda 2015-ci ildə Şotlandiyada “Seltik”ə 0:1 hesabı ilə məğlub olub.

Ümumiyytlə, tiraspollularla görüş “Qarabağ”ın tarixində 15-ci ÇL matçı oldu. “Atlılar” bu oyunların 7-də qalib gəlib, 6-da heç-heçə edib, 2-də isə məğlub  olublar. Topların fərqi təmsilçimizin lehinədi – 18:6.

Görüş klublarımızın Moldova təmsilçilərinə qarşı 13-cü avrokubok qarşılaşması oldu. Bu oyunlarda tərəflər hərəyə 3 qələbə qazanıb, 7 matçda isə sülh qeydə alınıb. Elə topların fərqində də bərabərlik var – 14:14.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right