Əliyar Ağayevlə 4 qol, 8 vərəqə

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.

Newsport.az saytının məlumatına görə, o, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Styaua" - "Viktoriya" matçında ədaləti qoruyub. 

Buxarestdə baş tutan qarşılaşmada 4 qol qeydə alınıb. İlk hissəsi 1:1 hesablı bərabərliklə başa çatan matçda, tərəflər ikinci hissədə də hərəyə 1 qol vurublar. FİFA referimiz bu matçda 8 dəfə əlini cibinə atmalı olub. O, meydan sahiblərinin 3, qonaq komandanın 5 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. 

Qeyd edək ki, Ağayevə bu matçda Zeynal Zeynalov və Rza Məmmədov köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov  yerinə yetirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right