Maksim Medvedev: "Belə olan halda anlaşılmazlıq yarandı" MÜSAHİBƏ

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
 

Newsport.az saytının məlumatına görə, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:
 
- Oyunun onlarında Migel Markos Madera ilə mübahisə etdin...
- Adi futbol epizodu idi. Oyunun sonlarıdı. Udmaq istəyirdik. Gərginlik var idi. Miçel topu ona ötürməyimi itəsə də, mən daha yaxşı mövqedə olan Donald Gerye ilə oynadım. Belə olan halda anlaşılmazlıq yarandı.
 
- Qurban Qurbanov nəsə demədi?
- Xeyr, bu adi hallardı.
 
- Oyun necə keçdi?
- Rəqib “Samtredia” deyil. Daha usta komandadır. Meydanda nə etmək lazım olduqlarını bilirlər. Təcrübələri var. Amma onlara qarşı oynamaq var. Çalışacağıq ki səfərdə başqa cür oyanayaq. Artıq onları tanıyırıq.
 
- Hansı cəhətləri təhlükəlidir?
- 5 müdafiəçi ilə oynadılar. İnanıram ki, cavab matçında fərqli cür oyanayarlar. Ola bilər ki, cavab qarşılaşmasında epizodlarımız çox olsun. Çalışacağıq ki, müdafiədə sağlam oynayaq və hücum xəttimiz də yaxşı çıxış etsin.
 
- “Qarabağ”ın oyununda da problemlər var. Xüsusi ilə də hücumda...
- Futboldu, olur. “Samtredia” 4 müdafiəçi ilə oynayırdı. Amma “Şerif” başqa taktikada çıxış etdi. Həm də Moldova komandası daha usta komandadır. Yaxşı mövqe seçirdilər. Asmalar edəndə topu uzaqlaşdırırdılar. Həmin anda problemlər yaranırdı.
 
- Rəqib sizi daha yaxşı analiz etmişdi?
- Bizi yaxşı analiz etmişdilər. Mövqeləri bağlamışdılar. Əks-hücumlarda oynadılar. Belə rəqiblərə qarşı oynamışıq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right