Qara Qareyev: "Yaxşı oynamağımızın bariz nümunəsi də budur ki, ... "

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
 

Newsport.az saytının məlumatına görə, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:
 
- Düşünmürəm ki, qeyri-adi nəsə başa verib. “Şerif” yaxşı rəqibdir. Müdafiə olunmağı da gözəl bacardılar. Çox istəyirdik ki, qalib gələk. Amma qol imkanlarından yararlana bilmədik. Yaxşı oynamağımızın bariz nümunəsi də budur ki, rəqib qapımıza qol vurmadı və təhlükəli epizod da yarada bilmədi. Fikrimcə, yaxşı çıxış etdik. Mərhələni keçmək haqda danışmaq bir qədər tez olardı. Burda 1 qol vursaydıq, səfərdə rahat olardıq.
 
- Rəşad Sadıqovun yeri görünürdü?
- Sözsüz, Rəşadın yeri hər zaman görünür. Onun dəstəyi, təcrübəsi hamımıza faydalıdır. Bu da oyuna təsir edir.
 
- Şanssızlıq var idi?
- İlk dəqiqələrdə ardıcıl epizodlar boşa verdik. Özüm də inana bilmirəm ki, Donaldın baş zərbəsi nə baş verdi ki, qapıya girmədi. Böyük dəsətk altına çıxış etdik. Azarkeşlərə təşəkkür edirəm.
 
- Cavab matçı haqda nə düşünürsən?
- Çoxları bizi aşkar favorit sayırdı. Futbolçular da düşünürdü ki, “Şerif” asan tikə deyil. Rəqib yaxşı oynadı. Amma bu o demək deyil ki, artıq əlimizi-qolumuzu bağlayacağıq. Səfərə yaxşı nəticə əldə etmək üçün gedəcəyik.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right