Riçard Almeyda: "Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq" MÜSAHİBƏ

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
 

Newsport.az saytının məlumatına görə, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb:
 
- Komandaya nə olmuşdu?
- Əlimizdən gələni etdik. Futboldu, hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür.
 
- “Qarabağ” rəqibindən belə oyun gözləyirdi?
- Gözləyirdik, bilirdik belə baş verəcəyini. “Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq.
 
- Cavab matçında nəyə ümid etmək olar?
- 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.
 
- Öz oyunundan razı qaldın?
- Siz deyin, mən bu haqda nəsə deyə bilmərəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right