Tahir Gözəl: "Futbolun gözəlliyi də bundadır"

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində doğma meydanda Moldovanın "Şerif" klubunu qəbul edib.
 
Newsport.az
 saytının məlumatına görə, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
 
- “Şerif”İn yaxşı komanda olduğunu yaxşı bilirdik. Avrokuboklarda təcrübələri var. Bu gün müdafiədə və əks-hücumlarda güclü təsir bağışlayan “Şerif” gördüm. “Qarabağ”ımız da əla oynadı. Oyunumuzdan çox razı qaldım. Üç-dörd yüzfaizli qol şanımız oldu ki, təəssüflər olsun ki, top qapıdan keçmədi. Buna heç cür inana bilmirəm. Alınmadı.
 
- Oyuna gələndə hansı nəticəni düşünüb gəlmişdiniz?
- Səmimi deyim ki, düşünürdüm ki, “Qarabağ”ımız iki qol vuracaq. Həm də bu, arzum idi. Çox qapalı oynadılar. Onlar heç-heçə üçün gəlmişdilər və buna da nail oldular. Amma biz arzumuza çata bilmədik. Səfərdəki oyun da çətin keçəcək. “Qarabağ” açıq-aşkar üstün oldu. “Şerif”in müdafiəsi və qapıçısı əla idi. “Qarabağ” da rəqibdən geri qalmırdı. Maksimin oyununu qeyd edərdim. Maksim Medvedev möhtəşəm oyun keçirdi.
 
- Qələbə üçün nə çatmadı?
- Bəxt də lazımdı. Biz üstün idik.
 
- Nəticə ruh düşkünlüyü yaratmır?
- Xeyr. Bu gün “Qarabağ” möhtəşəm idi. Hər oyunu udmaq olmaz. Elə futbolun gözəlliyi də bundadır. Məndə belə düşüncəm yoxdu. Hərdən soruşursunuz ki, transfer lazımdır? Mən iə cavabımda deyirəm ki, xeyr, bu komanda güclüdür. Komandamıza mesaj verirəm ki, güclüsünüz. Amma buna baxmayaraq hər zaman da axtarışdayıq. Öz oyunçularımıza da güvənirik. Bu komandanı bəyənirəm.
 
- Oyun ərzində “Hardasan, kapitan?” – deyə öz-özünüzə sual verdiniz?
- Çox axtarırdım Rəşad Sadıqovu.... Gözlərim kapitanı gəzirdi.
 
- Yakub Jezniçakın zədəsinə nə reaksiya verdiniz?
- Çox təəssüfləndim. Amma oyuna daxil olan Elvin Yunuszadə də əla çıxış etdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right