“Qarabağ”da ciddi itki

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində hazırda “Şerif”i qəbul edən “Qarabağ” ciddi itki ilə üzləşib. 

Newsport.az saytının məlumatına görə, Ağdam klubunun yeni tranferi Kuba (Yakub Jezniçak) zədələnib.

Rəqiblə mübarizə zamanı xəsarət alan polşalı müdafiəçi matçın 9-cu dəqiqəsində meydanı tərk etsə də, həkimlərin müdaxiləsindən sonra yenidən geri dönüb. Lakin ağrıları davam edən Kuba qarşılaşmanın 24-cü dəqiqəsində Elvin Yunuszadə ilə əvəzlənməli olub.

Futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, “Qarabağ”ın digər mərkəz müdafiəçisi Rəşad Sadıqov da zədədən əziyyət çəkdiyi üçün “Şerif”lə matçda iştirak etmir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right