"Qarabağ" "Şerif"lə bərabərə qaldı YENİLƏNİB

Bu gün "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirəcək.
 
Newsport.az-ın məlumatına görə, Ağdam klubu III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova təmsilçisi "Şerif”i qəbul edəcək.
Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan "Qarabağ”ın "Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə müsbət nəticə əldə etməsi vacibdir. 
 
Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın "Kukes”i komandasından güclü olub (1:0, 1:2). 
 
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
 
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) 0-0
Baş hakim: Sergey Tsınkeviç
Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right