"Şerif" paytaxtımıza valeh olub: "Bakı Olimpiya Stadionu isə sadəcə, insanı ovsunlayır"

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Şerif" (Moldova) rəsmi saytında paytaxtımız Bakı haqqında yazı yerləşdirib.

Newsport.az-ın məlumatına görə, yazıda Bakı dünyanın ən gözəl şəhərlərindən biri olduğu vurğulanıb: "Azərbaycan paytaxtı müasir dünyaya uzlaşan təmizliyi, yollarının genişliyi, yeni tikilmiş binaları, əla memarlığı ilə göz oxşayır. Əlbəttə, bu ölkədə futbolun keyfiyyətcə yüksələcəyi aydındır. "Boulevard" hotelinədək 20 dəqiqəlik yol boyunca ən azı 3 stadion gördük. Ən yenisi - Bakı Olimpiya Stadionu isə sadəcə, insanı ovsunlayır" .

Yazıda Bakının hazırda turizm mövsümü üçün açıq olduğu, qonaqlar əlindən otellərdə boş yerlərin tapılmadığı da qeyd edilib. “Şerif”in Bakıda qaldığı oteldə 880 yerin dolduğu da bildirilib





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right