Qurban Qurbanov: “Şerif”i keçsək, qrup mərhələsi haqda düşünə bilərik"

“Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq”.

Newsport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Ağam klubu Çempionlar Liqasının III təsnifat mərhləsinin ilk oyunları çərçivəsində Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.

Oyundan bir gün öncə baş tutan mətbuat konfrasnında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Rəqibi analiz etişik, çalışmışıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. Rəqibimizin bir neçə oyun stili var və bunu meydanda göstərməyə çalışırlar. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Bunu nə qədər bacaracağımızı sabah görəcəyik”.

- “Qarabağ” sabahkı oyuna tam heyətlə hazırlaşırmı?

- Rəşad və Dani sabahkı oyunda iştirak etməyəcəklər. Hər iki futbolçu bu gündən komandaya qoşulub. Şükürlər olsun ki, ciddi problemimiz yoxdur. Elşən Abdullayevlə Abbas Hüseynovun zədəsi var idi. Onlar da artıq komandayla birgə çalışırlar.

- Əksəriyyət “Qarabağ”ın “Şerif” səddini asanlıqla keçəcəyini düşünür. Sizin buna münasibətiniz necədir?

- Bizə inanan hər kəsə təşəkkür edirik. Oyunöncəsi fikirlər çox olur. Hətta bizi favorit  qismində görməyənlər də var. Amma biz buna öyrəşmişik və həmişə olduğu kimi rəqibə ciddi yanaşırıq. Biz nə qədər çox istəyiriksə, rəqib də o qədər qələbə arzusundadır. Rəqibin heyətində 7 yeni futbolçu var və onların hər biri təcrübəli oyunçudur. Düşünürəm ki, bu bizim ən ağır oyunlarılmızdan biri olacaq.

- Bütün azarkeşlər və futbol ictimaiyyəti “Qarabağ”ın qrup mərhələsində oynamasını istəyir. Necə düşünürsünüz, bu komandaya psixoloji təsir etmir?

- Bunun müsbət və mənfi cəhətləri var. Amma biz hər dəfə qrup mərhələsini yox, qarşımızdakı oyunu düşünürük. Bizim üçün əsas məsələ sabahkı rəqibdir. Hər oyunda olduğu kimi komandanı qələbəyə motivasiya etmişik. Qrupa düşmək üçün daha iki mərhələni keçməliyik. “Şerif”i keçsək, qrup mərhələsi haqda düşünə bilərik. Amma yenə təkrar edirəm, biz qrupu yox, sabahkı oyunu düşünürük.  

- “Şerif” bundan əvvəlki mərhələdə daha çox güc itirdi. Bu sizin şansınızı artıra bilərmi?

- Səhv etmirəmsə, dünən 3 və ya 4-cü çempionat oyunlarını keçirdilər. Futbolçular başlanğıcda çox yorulmurlar. Bu vaxtlarda komandanın bir yerdə çox oyun keçirməsi çox vacibdi. Məncə, bu amil onlara mane olmayacaq. Məşqçiləri də təhlil ediblər ki, oyunçular neçə oyuna hazırdı. Dünənki matçda da bəzi oyunçuları meydana buraxmamışdılar. Çempionatla Çempionlar Liqası fərqli turnirlərdi. Bəzən məğlubiyyət sənin xeyrinə ola bilər.

- “Zalsburq” və “Viktoriya” ilə bu rəqibi müqayisə edə bilərsinizmi?

- Heç vaxt kimisə kimləsə müqayisə etmək istəmirəm. “Viktoriya” ilə Bakıdakı matçda bir neçə qol şansından istifadə edə edə bilməmişdik. Rəqibdən zəif deyildik. Ancaq sona yaxın bir epizod yaradıb qol vurdular. Hər komandanın öz çətinliyi var. “Şerif” hər matçda 3 dəfə sistemi dəyişir. Fərqli dəyişikliklər edirlər. Sabah meydanda onları tam dəqiq tanıyacağıq. Oyunun gedişində bir neçə variantımız olacaq.

- Sabah qapını kimə həvalə edəcəksiniz?

- Mən oyundan öncə heyət barədə danışmağı xoşlamıram. Heyəti müəyyənləşdirmişəm və problem olmasa, düşündüyüm oyunçuları meydana buraxacağam.

- Son oyunlarda Mahir Mədətov özünü yaxşı tərəfdən göstərə bilmir. Ümumiyyətlə, hansı mövqeyə futbolçu axtarırsınız?

- Hücumçu mövqeyinə futbolçu axtarırıq. Amma bunun Mahirin oyunu ilə heç bir əlaqəsi yoxdur. Çünki Mahir son zamanlar özünü ən yaxşı tərəfdən göstərməyi bacarır və onun çıxışı mənim ürəyimcədir.

- Əyalət klubu olan “Qəbələ” heyətinə bir neçə legioner cəlb edib. Bəs “Qarabağ” niyə çoxsaylı futbolçu ilə güclənə bilmir?

- Səhv etmirəmsə, “Qəbələ”nin heyətini 9-10 futbolçu tərk edib. Amma bizdə vəziyyət fərqlidir. Əgər bizə 10 futbolçu lazım olsaydı, onu transfer edəcəkdik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right