"Qarabağ" - "Şerif" matçına nə qədər bilet satılıb?

Çempionlar Liqasının üçüncü tərnifat mərhələsinin “Qarabağ” - “Şerif” oyununa bilet satışı davam edir.

Ağdam klubunun mətbuat xidmətindən newsport.az-a verilən məlumatına görə, ilk iki gündə matça 13 000 bilet satılıb. Matça biletləri Tofiq Bəhramov adına Respublika stadioununun kassalarından əldə etmək mümkündür.

Xatırladaq ki, “Qarabağ” – “Şerif” görüşü iyulun 25-i, saat 21.00-da başlayacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-di.

 

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11 və 18 nömrəli sektorlar – 3 AZN
12,13, 29, 38 və 14-17 nömrəli sektorlar - 5AZN
VİP - 50 AZN





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right