Qurban Qurbanov “Şerif”li həmkarını qabaqladı

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Şerif" (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. 
Newsport.az-ın məlumatına görə, iyulun 24-də "Azərsun Arena"nın mətbuat zalında baş məşqçi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. “Qarabağ”ın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Şerif"in baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Moldova təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
Klub tərəfindən ayrılmış avtobus media mənsublarını "Azərsun Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right