"Qarabağ"ın rəqibindən xəbərdarlıq

Hər avrokubok mövsümündə olduğu kimi bu il də bəzi azərbaycanlı “Facebook” istifadəçiləri sosial şəbəkələrdə öz mərifət(sizlik)ini göstərməkdədi.

Newsport.az-ın məlumatına görə, təmsilçilərmizin rəqibi bilinər-bilinməz dərhal həmin komandanın rəsmi səhifəsinə hücum çəkən bizimkilərin budəfəki qurbanı “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Şerif” olub.

Moldova klubunun rəsmi “Facebook” səhifəsinə etikadan kənar sözlər yazan azarkeşlərmizin tərbiyəsizliyindən boğaza yığılan qarşı tərəf məcbur qalaraq sosial şəbəkə vasitəsilə rəsmi açıqlama verib: “Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura “Şerif”in rəsmi səhifəsidir. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür” – deyə “Şerif”in rəsmi Feysbuk səhifəsi xəbərdarlıq edib”.

Qeyd edək ki, məhz bu cür şərhlərə görə daha əvvələr Şotlandiyanın “Seltik” və UEFA Avropa Liqasının rəsmi səhifəsi Azərbaycandan girişi qadağan etmişdi. Bu isə oyunöncəsi qarşı düşərgədə olanları oxuculara çatdırmaq üçün çalışan media nümayəndələrinin işinə çətinlik törədir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right