"Qarabağ"ın darmadağınını qeydə alan hakim Bakıya gəlir

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” görüşünü idarə edəcək Sergey Sinkeviç indiyə kimi 3 dəfə təmsilçilərimizin oyunlarını idarə edib.
 

Newsport.az-ın məlumatına görə, belaruslu ədalət təmsilçisi ilk dəfə 2014-cü ildə ÇL-in 2-ci təsnifat mərhələsində “Qarabağ”ın evdə Malta “Valetta”sını darmadağın (4:0) etdiyi matçda fit çalıb. Bu görüşdə o, ağdamlıların 1, rəqibin isə 4 oyunçusuna sarı vərəqə göstərib və adalıları 1 nəfər azlıqda qoyub.
 
Sinkeviçin yolu 2-ci dəfə təmsilçilərmizdən “Neftçi” ilə kəsişib. “Ağ-qaralar”ın ötən il Avropa Liqasında Makedoniya “Şkendiya”sı ilə 0:0 hesabı ilə yekunlaşan oyununda o, bakılıların 1, rəqibin 2 futbolçusuna sarı vərəqə göstərib.

Belaruslu referi bu mövsüm avrokuboklarda debüt edən "Zirə"nin matçını da idarə edib. Referi "Astra" - "Zirə" matçında (3:1) ədalət sahibi olub. Sinkeviç "Astra"nın 1, "Zirə"nin 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırmışdı.

 
Qeyd edək ki, 2010-cu ildən FİFA referisi adını daşıyan fit sahibi bu müddətdə idarə etdiyi 28 beynəlxalq matçda futbolçulara 78 sarı, 5 qırmızı vərəqə göstərib, həmçinin 3 dəfə də qapılara penalti təyin edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right