“Qarabağ” və “Şerif”in şansı bərabərdir" Sabiq "Bakı"lı

“Bakı”nın sabiq futbolçusu Aleksey Savinov sports.md saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı sabiq futbolçu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” cütlüyü haqda danışıb: “Qarabağ” həqiqətən də güclü rəqibdir, “Şerif” bunu başa düşməlidir. Hazırkı durumda komandaların şansları bərabərdir. Əminəm ki, Moldova çempionu “Kukesi” ilə matçlardakı səhvlərdən nəticə çıxacaq. Hollandiyalı futbolçu Jeremi de Noyerin sıradan çıxmasına gəlincə, “Şerif”in yetərincə ehtiyat qüvvəsi var və komanda bir futbolçudan asılı deyil”.

Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun iyulun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xatırladaq ki, Moldova millisinin sabiq müdafiəçisi 2008/12-ci illərdə "Bakı"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right