Ramil Şeydayevin komandası ÇL ilə vidalaşdı

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - Slovakiya çempionu "Jilina" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Üç qolun vurulduğu qarşılaşma "Jilina"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lakin bu qələbə Slovakiya çempionunun mərhələ adlaması üçün yetərli olmayıb. İlk oyunda doğma meydanda 1:3 hesablı yenilgi Şeydayevin komandasının ÇL-dəki mübarizəsini erkən dayandırmasına səbəb olub.

İlk oyunda da meydanda olmuş Ramil səfər qarşılaşmasının 66-cı dəqiqəsində, hesab artıq 2:1 olarkən döyüşə atılsa da, komandasına heç nə ilə kömək edə bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right