“Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik"

“Fikir bildirmək niyyətində deyiləm. Bizim üçün çox çətin oyun oldu”.

Newsport.az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.

Gürcüstan klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”a məğlub olub və mərhələni dayandırıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: “Komandamızın oyunundan heç də razı qalmadım. Belə oyun gözləmirdik”.

- “Samtredia” “Qarabağ”a çatmaq üçün nə qədər məşq etməlidir?

- Bu, yalnız zamanla əlaqədar olan məsələ deyil.

- Son zamanlar Gürcüstan komandalarının böhran içində olduğu deyilir. Bu, nə ilə bağlıdır?

- Gürcüstan futboluna özümüz diqqət yetirəcəyik. Yəqin ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz.

- Hər iki oyunda məğlub oldunuz. Sizcə, hansı səhvlər etmisiniz?

- Mən bu gün bizim klubun məğlubiyyətinə sevinən hər kəsi təbrik edirəm. Düşünürəm ki, səhvlərimiz var idi. Qol vurmamaq komanda üçün mənfi addımdı. Düşünürəm ki, “Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right