"Belə vəziyyətdə "Qəbələ"ni yenmişdik" "Samtredia"sının kapitanı

"Çox çətin vəziyyətlə üzləşmişik. Bununla belə, qalib gəlməyə çalışacağıq". 
 
Newsport.az-ın məlumatına görə, bunu Gürcüstan "Samtredia"sının kapitanı Georgi Datunaşvili "Qarabağ"la keçirəcəkləri futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib. 32 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda bu hədəfə kökləniblər: "Ötən il oxşar situasiyada "Qəbələ"ni cavab görüşündə yenmişdik. Ümidvaram ki, bu dəfə də belə bir hal baş verəcək. Hamımız ilk görüşdəki nəticədən məyusuq. Bizi hər zaman dəstəkləyən "Samtredia" azarkeşlərinə hörmətimi ifadə etmək istərdim. Onların sabah məmnun olmalarına çalışacağıq". 
 
Qeyd edək ki, Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. İlk görüşdə Azərbaycan təmsilçisi böyük hesabla qalib gəlib - 5:0. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right