"Qarabağ" 3-cü təsnifat mərhələsində YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.
 
 
Ağdam komandası ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda rəqibini Əfran İsmayılov, Dino Ndlovu (2), Donald Gerryer və Migel Madeyranın qolları ilə 5:0 hesabı ilə məğlub etdiyi üçün cavab qarşılaşması formal xarakter daşıyır. Hər halda, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür.
 
Qeyd edək ki, "Qarabağ” "Samtredia” səddini keçəcəyi halda III təsnifat mərhələsində"Şerif” (Moldova) – "Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Moldova təmsilçisi evdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.
 
18 iyul


Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) 0-1

Qol: Donald Qerye, 22 (0-1)
İlk oyun – 0:5 
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right