"Samtredia"nın baş məşqçisi: "Azərbaycan və Gürcüstan futbolu arasındakı fərq aydın görünür"

“Əsas məqsədimiz oyunu qələbə ilə başa vurmaqdır”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Samtredia”nın baş məşqçisi Gia Tsetsadze Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün keçirilən mətbuat konfransında deyib.

Gürcüstan klubunun çalışdırıcısı əvvəlcə komandalar arasında keçirilən ilk oyunu xatırladıb: ”Hesab çox şeyi deyir. 20 dəqiqəyə oyuna nəzarəti itirdik və rəqib 4 qol vurdu. Azərbaycan və Gürcüstan futbolu arasındakı fərq aydın görünür. Bunlardan qaça bilmərik”.

Tsedtsadze “Qarabağ”ın onlardan aşkar üstünlüyü etiraf edib: “İlk oyunda “Qarabağ” bizə hücum etməyə imkan vermədi. Təbii ki, bu dəfə dəyişikliklər olacaq. Ancaq bu, o demək deyil ki, mütləq 6:0 hesabı ilə qalib gəlməliyik. Bakıdakı məğlubiyyətin əsas günahkarları mən və mənim oyunçularımdır. Bir çox futbolçular yanvarda komandanı tərk etməsəydilər, bugünkü nəticələrimiz başqa cür olardı.  Ancaq bu, futbolun bir hissəsidir. Xüsusi bir şey baş verməyib”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right