"Qarabağ" "Samtredia" üçün son məşqinə çıxacaq

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” sabah səfərdə Gürcüstanın “Samtredia” klubunun qonağı olacaq.

Newsport.az saytının məlumatına görə, bu gün saat 19:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komanda qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Samtredia” – “Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right