"Qarabağ" da bu gün səfərə çıxır

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında “Samtredia” ilə qarşılaşacaq “Qarabağ” bu gün Gürcüstana gedəcək.

Newsport.az-ın məlumatına görə, komanda Tiflisə çarter deyil, adi şərnişin reysi ilə saat 20.10-da yola düşəcək.

Sabah “Qarabağ”ın oyunun keçiriləcəyi Tiflisdəki Boris Payçadze adına stadionda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, bu komandaların ilk matçında Ağda klubu 5:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right