“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır" - Qurban Qurbanov

“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Püşkə münasibət bildirən mütəxəssis hazırda yalnız "Samtredia" ilə cavab oyununu düşündüklərini deyib: "İyulun 18-i baş tutacaq “Samtredia” ilə cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda "Samtredia" üzərində 5:0 hesablı qələbə qazanıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right