"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. 

Newsport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada son Azərbaycan çempionu "Qarabağ"da rəqibini tanıyıb. 

II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə darmadağın edən Ağdam təmsilçisi mərhələ keçəcəyi təqdirdə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Bu komandalar arasında Moldovada baş tutan ilk oyunda "Şerif" 1:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right