Məşhur rusiyalı teleaparıcıdan "Qarabağ"a dəstək

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan “Samtredia” (Gürcüstan) ilə ilk matçını məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç də tribunadan izləyib. 

Newsport.az saytının məlumatına görə, o, Ağdam klubunun baş sponsoru olan “Azərsun Holding”in milli markası “Azərçay”ın dəstəyi ilə ölkəmizə gəlib. Azərbaycan çempionuna azarkeşlik edən Yakuboviç sonda jurnalistlərin suallarını cavablandırıb.


Qeyd edək ki, "Qarabağ" Gürcüstan çempionu ilə ilk oyunda 5:0 hesablı qələbəyə sevinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right