"Qarabağ"ın oyununda Zəhra ilə bağlı pankarta icazə verilmədi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" – "Samtredia" (5:0) matçından əvəl gərgin anlar yaşanıb.

Newsport.az saytının məlumatına görə, "atlılar"ı dəstəkləyən "İmarət" azarkeş qrupu matçda Füzulinin Alxanlı kəndində Ermənistan ordusu tərəfindən qətlə yetirilən yaşyarımlıq Zəhra ilə bağlı pankart açmaq istəsə də, polis buna icazə verməyib.

Həmin pankartda “Bir gün tökülən qandan ötrü hamınız cavab verəcəksiniz” sözləri yazılıb.

Nəticədə azarkeşlər oyunun başlamasını gözləmədən matçı boykot edərək, stadionu tərk ediblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right