"Qarabağ" "Samtredia"nı 5 cavabsız qolla məğlub etdi

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub. Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.

Qarşılaşma Qurban Qurbanovun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb - 5:0. Təmsilçimizin heyətində Əfran İsmayılov və Dini Ndlovu (2), Donald Geryyer və Miçel Madera fərqləniblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right