"Belə qələbəni gözləmirdik" - Maksim Medvedev

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edib.

Newsport.az saytının məlumatına görə, oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərə açıqlama verib. Təcrübəli futbolçu 5:0 hesablı qələbəni belə şərh edib: "Belə qələbəni biz də gözləmirdik. Rəqibi analiz edəndə görürdük ki, yaxşı komandadırlar və topla oynaya bilirlər. Bizə təhlükə yarada biləcək gücdə idilər. Bizim komandada isə bir az çatışmazlıqlar var idi. Əlimizdən gələni etdik ki, qol buraxmayaq. 5 qol vurduq, özümüz də sevinirdik. Biz bunu gözləmirdik. Futboldu, istənilən hesab qeydə alına bilər. Rəqibi yaxşı analiz etmişdik. "Samtredia"nın qapımızda təhlükəli epizodu demək olar olmadı".

Medvedev "Qarabağ"ın oyununda problemlərin olduğunu bildirib: "Bizim oyunumuzda problemlər var. Bunu azarkeşlər və siz görməyə bilərsiz. Amma yeni oyunçular və digər amillər var ki, oyunumuz tam oturmayıb. Kompakt deyilik. Gələb oyuna qədər güclənə biləcəyik".

Oyunun ilk hissəsində "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədələnərək meydanı tərk edib və onun əvəzinə yeni transfer Yakub Yejniçak meydana daxil olub. Maksim polşalı transferin uğurlu debüt etdiyini söyləyib: "Qapımıza bir o qədər hücum etmədilər. Yakub da oyuna girəndə etibarlı və səliqəli idi. Rəşadı layiqincə əvəzlədi. Heç kim gözləməzdi ki, kapitanımız zədələnsin. Amma yeni transfer onun yoxluğunda yaxşı oynadı".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right