"Cavab matçına da ciddi yanaşacağıq" - Əmrah Çəlikəl

“Belə hesabla qalib gələcəyimizi düşünmürdüm. Hesabdan razı qaldıq, xoş oldu”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl söyləyib.  "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam klubunun rəsmisi jurnalistlərə açıqlama verib. O, yeni transferlərin oyunu haqda danışıb:

“Onların oyunundan razı qaldıq. Hamınız kimi biz də bəyəndik. Yaxşı oynadılar”.

Əmrah bəy cavab matçında formal baxmadıqlarını söyləyib:  “Cavab matçına da ciddi yanaşacağıq. Rahat oynamalıyıq. Arxayınlaşmağı heç kimə məsləhət görmürəm. Bizi 90 dəqiqəlik mübarizə gözləyir”.

Klub rəsmisi Rəşad Sadıqovun zədəsi haqda bunları söyləyib: “Oyun yeni bitib və bu haqda məlumatımız yoxdu. Tezliklə son durumuna aydınlıq gələcək”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right